Haqqımızda

OroNero Bar & Ristorante: qara qızıl və nəfis italyan mətbəxi!

İtalyan dilindən tərcümədə “oro” qızıl, “nero” isə qara mənasını verir. Restoranın dizayneri “Blue Sky Hospitality”-dən Henri Çeban öz ilhamını Azərbaycanın mineral sərvətlərindən, həmçinin incəsənətdə, dəb dünyasında, tarixi avtomobillərdə, zinət əşyalarında, yemək və şərablarda rastlaşdığımız italyan dəbdəbəsi və enerjisindən almışdır.

Otelin hər bir restoranında siz maraqlı incəsənət nümunələri tapa bilərsiz. Dizayner bununla demək istəyir ki, interyer sadəcə estetik zövq verməli deyil, həmçinin qonaqların öz fantaziyalarını işə salmalarına kömək etməlidir. OroNero Bar & Ristorante-nin ən maraqlı incəsənət nümunələrindən biri nərə balığının möhtəşəm “Golden Beluga” heykəlidir. O karbon lifi, polad, 24 karatlıq zərli qızıl, həmçinin Formula 1 yarışı avtomobillərinin titan ehtiyyat hissələrindən hazırlanmışdır.

OroNero Bar & Ristorante-də siz ən müxtəlif içlikli pizzanın, ləziz lazanyanın, salatların, nəfis ət və balıq yeməklərinin, şorbalar və ağızda əriyən desertlərin dadına baxa bilərsiniz. Restoranın baş aşpazı Giovanni Tavolaro özünün eksklüziv “Risotto OroNero” yeməyini dadmağı qonaqlara məsləhət görür. Bu Bakıda rizottonun yeyilə bilən qızılla bəzədilərək kalmar mürəkkəbi və oktapod qovurması ilə birgə verildiyi yeganə məkandır.

Restoran öz qonaqlarını italyanların sevimli “dolce vita” ab havasında qəbul edərək adi günlərin boz çalarlarını öz divarları çərçivəsində yox edir. OroNero Bar & Ristorante sizə həyatın italyan dadını bəxş edəcək.

JW Marriott Absheron Baku otelinin ikinci mərtəbəsində yerləşir. 674 Azadlıq pr., Bakı AZ1010, Azərbaycan

Banket Zalı



risotto